Dünya

Qasırğa bu ölkədə onlarla can aldı: Səkkiz vilayətdə altı aylıq fövqəladə vəziyyət elan edildi

21 Mart 2023 10:42
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peruda tropik "Yaku" qasırğasının yaratdığı daşqınlar nəticəsində 65 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Peru mətbuatında yer alan xəbərə görə, paytaxt Lima başda olmaqla ölkənin bir çox şəhərində təsirli olan qasırğa sel və yüzlərlə dağıntıya səbəb olub.

Təbii fəlakətdən 66 853 nəfər zərər çəkib, onlarla məktəb, sağlamlıq mərkəzləri, körpülər, 640 kilometr yol zədələnib. 11 çayın axını təhlükəli həddə çatıb.

Hökumət təbii fəlakətdən ən çox zərər çəkmiş 8 bölgənin 154 rayonunda 6 ay müddətinə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.