Dünya

Parisdə pensiya islahatına etiraz edən 100-dən çox etirazçı saxlanılıb

21 Mart 2023 10:31
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı təşkil edilən etirazlar zamanı 113 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "BFM" televiziya kanalı xəbər verib.

Ən kütləvi nümayişlərdən biri Parisin 7-ci bölgəsindəki Voban meydanında baş tutub. Bir neçə min insan pensiya islahatının ləğvini tələb etmək üçün meydana toplaşıb və hökumətin müvafiq qanun layihəsinin qəbul edilməsi ilə bağlı qərarı ilə razılaşmadıqlarını bildiriblər.

Müxalifətin hökumətə etimadsızlıqla bağlı iki qətnaməsi parlamentin Milli Assambleyasında (aşağı palata) kifayət qədər səs toplamadıqdan sonra bəzi etirazçılar zibil qutularını yandırmağa və polislə toqquşmaya başlayıblar. üquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edərək nümayişçilərin meydana daxil olmasını dayandırıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.