Dünya

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötdü

20 Mart 2023 16:15
Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 096 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı isə 107 204 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.