Dünya

Avropada partlayıcı maddələr tükəndi

20 Mart 2023 18:11
Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropalı müttəfiqlər nəinki Kiyevi mərmilərin tədarükü ilə təmin edə bilmirlər, hətta onların özləri də genişmiqyaslı hərbi əməliyyatlar aparmaq iqtidarında deyillər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, burada söhbət maliyyənin həcmindən getmir. Avropa İttifaqında mərmi istehsalı üçün partlayıcı maddələr və komponentlər bitib.

Məlumata görə, barıt, plastik partlayıcı maddələr və trotil ehtiyatlarının məhdud olması səbəbindən hərbi sənaye Aİ-nin Ukrayna ilə bağlı tələblərini yerinə yetirə bilmir.

Qitədə ən böyük partlayıcı istehsalçısı Çexiyanın "Explosia" dövlət müəssisəsidir. Onun rəhbərliyi isə yaxın iki ildə hasilatı artıra bilməyəcəklərini bildirirlər. Bu səbəbdən də, Aİ Koreya və Hindistanda yeni müdafiə zavodlarının təcili yerləşdirilməsini müzakirə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.