Putin haqda həbs qərarı verən məhkəmə haqda bilmədiklərimiz - 18 hakim və...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya prezidenti haqda qərarı Beynəlxalq Haaqa Məhkəməsi deyil, Beynəlxalq Cinayət Məhkəməsi verib ki, bunlar fərqli-fərqli məhkəmələrdir
Rusiya Prezidenti Vladimir Putin haqda beynəlxalq məhkəmənin qərarı dünyada bomba partlayışı effekti verib. İndi əsas diqqət bu cəsarətli qərar verən məhkəməyə yönəldib. Öncə onu bilməyimiz vacibdir ki, Putin haqda qərarı Beynəlxalq Haaqa Məhkəməsi deyil, Beynəlxalq Cinayət Məhkəməsi verib. Bunlar isə fərqli-fərqli məhkəmələrdir.
Milli.Az musavat.com-a istinadən bildirir ki,Beynəlxalq Haaqa Məhkəməsi 1946-cı ildə BMT-nin mühakimə üçün əsas hüquqi orqanı kimi fəaliyyətə başlayıb. Məhkəmə fiziki şəxslərin deyil, yalnız ölkələrin iddialarına baxır. Əgər hər hansı ölkə işi məhkəməyə göndərmək qərarına gələrsə, o, onun qərarı ilə bağlıdır.
Beynəlxalq Cinayət Məhkəməsi rəsmi olaraq 2002-də fəaliyyətə başlayıb
Putinlə bağlı qərarı verən Beynəlxalq Cinayət Məhkəməsi dünya birliyinə qarşı soyqırım, müharibə cinayətləri, təcavüz cinayətləri və insanlığa qarşı cinayətlər kimi ən ağır cinayətlər törətmiş şəxslərin işlərinə baxır. Beynəlxalq Cinayət Məhkəməsi səlahiyyətinə soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, habelə təcavüz cinayətlərini araşdırmaq daxildir. Beynəlxalq Cinayət Məhkəməsi isə 1998-ci ildə qəbul edilmiş Roma Nizamnaməsi əsasında yaradılıb. 2002-ci il iyulun 1-də rəsmi olaraq fəaliyyətə başlayıb.
Beynəlxalq Cinayət Məhkəməsi daimi fəaliyyət göstərən qurumdur. Fəaliyyət yeri Haaqadır, lakin məhkəmənin tələbi ilə dinləmələr istənilən başqa yerdə keçirilə bilər. Bir daha qeyd edirik ki, Beynəlxalq Cinayət Məhkəməsini Haaqada da yerləşən, lakin fərqli yurisdiksiyaya malik olan Beynəlxalq Ədalət Məhkəməsi ilə qarışdırmaq olmaz. Beynəlxalq Cinayət Məhkəməsi BMT-nin rəsmi strukturlarına daxil deyil, baxmayaraq ki, o, BMT Təhlükəsizlik Şurasının təklifi ilə işlərə başlaya bilər.
Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri iştirakçı dövlətlərin assambleyası tərəfindən 9 il müddətinə seçilən 18 hakimdən ibarətdir və regional qrupların hər biri ən azı 2 hakimlə təmsil olunmalıdır. 3 hakim Şərqi Avropanı, 3-ü Asiyanı, 4-ü Afrikanı, 3-ü Latın Amerikasını, qalan 5-i isə Qərbi Avropa və digər ölkələri təmsil edir.
Bütün hakimlər iki siyahı üzrə seçilir. "A" siyahısına cinayət hüququ və prosessual sahədə tanınmış ekspert, habelə bu sahədə hakim, prokuror və ya vəkil kimi zəruri təcrübəyə malik olan şəxslər daxildir. "B" siyahısına beynəlxalq hüquq sahəsində, daha doğrusu, beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində nüfuzlu ekspert olan və hüquqi təcrübədə böyük təcrübəyə malik olan şəxslər daxildir.
Hakimin səlahiyyət müddəti başa çatmışsa, lakin eyni zamanda onun oturduğu palatada onun iştirakı ilə konkret işə məhkəmə baxışına başlanmışsa, o, hakim vəzifəsində qalmaq hüququna malikdir.
Bəs, Beynəlxalq Haaqa Məhkəməsi nədir?
Çox az adam bilir ki, Beynəlxalq Haaqa Məhkəməsinin yaradılması ideyası rus çarı II Nikolaya məxsusdur. Məlumdur ki, XIX əsrdə Avropa ölkələri arasında hakimiyyət bölgüsü və ya ərazi iddiaları ucbatından lokal münaqişələr yaranmışdı. Yalnız 1860-1899-cu illər ərzində Avropada 11-ə yaxın silahlı münaqişələr, müharibələr baş vermişdi. Bu müharibələrdə əsas diqqət dinc əhaliyə qarşı zorakılıq, hərbi cinayətlər idi. Müharibənin qarşısını almaq üçün vahid beynəlxalq vasitəçilik sistemi yox idi.
1898-ci il avqustun 24-də II Nİkolay öz səfirləri vasitəsilə dünya dövlətlərinin rəhbərlərinə məktublar göndərir. Nikolay mürəkkəb məsələləri sülh yolu ilə həll etmək üçün beynəlxalq konfrans təşkil etməyə çağırır. Əvvəlcə təklifə reaksiya olmadı. Yalnız Amerika prezidenti Uilyam Makkinli onunla maraqlandıqdan sonra digər ölkələr də Rusiya imperatorunun təşəbbüsünü diqqət verdilər.
1899-cu il mayın 18-də başlayan sülh konfransına ev sahibliyini ənənəvi olaraq neytral ölkə və beynəlxalq hüququn banisi Huqo Qrotsiusun vətəni olan Hollandiya seçildi. Haaqada təkcə Avropa ölkələri deyil, həmçinin Asiya və Amerika qitəsindən ölkələr də qatıldı. Konfransda müvafiq qərarlarla yanaşı Haaqada Daimi Arbitraj Məhkəməsinin təşkili, habelə onun yerləşdirilməsi üçün iqamətgah tikilməsi qərara alındı.
Sarayın tikintisi üçün 1903-cü ildə amerikalı multimilyonçu və xeyriyyəçi Endryu Karnegi müasir məzənnə ilə 40 milyon dollar bağışladı. Sahibkarın yeganə şərti binada beynəlxalq hüquq kitabxanasının yaradılması idi.
Binanın dizaynı üzrə müsabiqədə Fransadan olan memar Lui Kordonnier qalib oldu. Altı il davam edən tikinti başa çatdıqdan sonar rəsmi açılışı 28 avqust 1913-cü ildə oldu.
Birinci Haaqa iclasının üç ayı ərzində iştirakçı ölkələr dənizdə müharibəyə dair üç konvensiya qəbul etdilər. Bundan əlavə, beş il müddətində havadan mərmi və partlayıcı maddələrdən istifadənin qadağan edildiyi üç bəyannamə hazırlanıb təsdiq etdi. Həm də müharibədə boğucu və zərərli qazları olan mərmilərdən istifadə etmək yasaqlandı.
İkinci sülh konfransı 1907-ci il iyunun 2-də baş tutdu. Bu dəfə təmsilçi ölkə sayı 45-ə yüksəldi. Bu dəfə 13 konvensiya təsdiq edildi. 1907-ci ildə qəbul edilən qaydaların bəziləri bu gün də qüvvədədir.
Hakimləri BMT təyin edir
Məhkəmə BMT Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən seçilən 15 hakimdən ibarətdir. Məhkəmədə hər ölkədə yalnız bir hakim ola bilər. Qərarın qəbul edilməsi üçün onun doqquz hakim tərəfindən təsdiqlənməsi lazımdır. Məhkəmənin bütün qərarları qətidir və şikayət verilə bilməz. Tərəflərdən biri qərara əməl etməzsə, digər tərəf məsələni Təhlükəsizlik Şurasına verə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
XƏBƏR LENTİ
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın





