Dünya

Udduğu pulu ƏRİNDƏN GİZLƏTDİ: Başqa kişiyə qoşulub qaçdı

28 Mart 2023 22:25
Baxış: 1 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailanddan olan kişi sevgilisini ondan böyük miqdarda uduşu gizlətməkdə və başqa kişiyə qoşulub getməkdə günahlandırıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Narin və Çavivan 20 il vətəndaş nikahında yaşayıblar, onların üç qızı var. 2014-cü ildə ailə iki milyon bat (57 min dollardan çox) borcunu ödəmək üçün işləmək üçün Cənubi Koreyaya gedib. Sonra 43 yaşlı Çavivan uşaqlara baxmaq üçün Tailanda qayıdıb, əri isə xaricdə işləməyə davam edib.

Bir gün qızları ona deyiblər ki, Çavivan lotereyada 12 milyon bat (400 min dollara yaxın) udub. Bundan xəbər tutan kişi qadınla əlaqə saxlamağa çalışsa da, qadın ona məhəl qoymayıb. Sonra şəxsən danışmaq üçün Tailanda gəlib və bir müddət əvvəl başqa bir kişi ilə evləndiyini öyrənib.

"Mən şokda idim və nə edəcəyimi bilmirdim. Məyus oldum. Həyat yoldaşımın 20 illik evliliyindən sonra mənə bunu edəcəyini gözləmirdim", - kişi deyib. Onun sözlərinə görə, hər ay Çavivana pul köçürdüyü üçün bank hesabında cəmi 60 min bat (1700 dollardan çox) qalıb.

Tailandlı tanınmış hüquqşünasa müraciət edib və uduşların bir hissəsinə hüquqlarını məhkəmədə sübut etmək niyyətindədir. O, rəsmi nikah şəhadətnaməsi olmasa da, qohumlarının və dostlarının Çavivanla münasibətlərindən xəbərdar olduğunu vurğulayıb.

Qadın ittihamları qəbul etmir və Narini böhtan atmaqda ittiham edərək ona qarşı cavab şikayəti verib. O, iddia edir ki, bir neçə il əvvəl kişi özü onunla telefonla əlaqəsini kəsib və qonşuların bundan xəbəri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.