"Fransada son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə keçilib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransada son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə keçilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə tarixçi, "İslamofobiya lüğəti" kitabının müəllifi Kamil Meziti "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda panel iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu ölkədə müsəlmanlara dünyəvliyə zidd olan cəmiyyət kimi baxılmasına başlanılıb.
"Fransada olan müsəlmanlar özlərini Fransa mühitində hiss etmirlər. Fransda onlar üçün mühit yaxşı deyil. Orada islamoparanoyası yaşanır. Biz bunu sonuncu prezident seçkilərində gördük. Prezidentliyə namizəd şəxs müsəlmanları təhqir etdi və heç bir cəza almadı. Siyasətçilər öz siyasi karyeralarını qurmaq üçün bundan istifadə edir. Müsəlmanların da hüquqları var. Kimsə cinayət törətdikdə biz deyirik ki, o, katalik, xristian terroristdir? Xeyr. Sadəcə terrorçudur deyirik. Bəs, nəyə görə müsəlman terrorist deyilir?", - deyə o əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
XƏBƏR LENTİ
-
"Səhər həkimdən mənə şəkil göndərdi, çox narahat oldum" - (Video)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı





