Dünya

Katolik keşişlərə ailə qurmaq icazəsi verilə bilər

13 Mart 2023 09:19
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roma Papası Fransisk martın 12-də Argentinanın Perfil nəşrinə müsahibəsində Katolik Kilsəsinin ruhaniləri üçün subaylıq andına yenidən baxmaq istəmədiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, lakin Pontifik bəyan edib ki, subaylıq andı nizam-intizamı qorumaq üçün lazım olan müvəqqəti göstərişdir.

O, bu andın nə vaxtsa ləğv oluna biləcəyini etiraf edib, lakin belə bir tədbirin insanları keşişlər sıralarına cəlb etməyə kömək edəcəyinə şübhə ilə yanaşır.

"Görəcəyik ki, vaxt gələcək, Papa yenidən məsələ barəsində düşünəcək. Mən hələ hazır deyiləm, amma bu, açıq-aydın nizam-intizam məsələsidir", - pontifik bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.