Dünya

BMT-də Fransaya ETİRAZ - Ölkədə bu dildə danışmağı qadağan etdiyi üçün...

12 Mart 2023 21:58
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsinin qanunsuz olması barədə qərar çıxarıb.

Milli.Az APA-ya istinadən xəbər verir, bu barədə "Guardian" nəşri yazır.

BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Tvitterdə bildirib ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrı-seçkilikdir və bu, beynəlxalq hüququn pozulmasıdır.

"Beləliklə, nə qədər ki, dövlət universitetlərində ingilis dili istifadə olunur, Korsika dili qadağandır", - deyə BMT nümayəndəsi vurğulayıb.

Məhkəmə həmçinin bu qənaətə gəlib ki, "Korsika xalqı" ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.