Dünya

Bir yaşlı körpənin beynindən əkiz döl çıxarıldı - FOTO

14 Mart 2023 07:03
Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində bir yaşlı körpənin kəllə sümüyündən əkizinin dölü çıxarılıb.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, beyin əməliyyatı Şanxayın Fudan universitetinin həkimləri tərəfindən edilib.

Həkimlər bunun nadir hallarda baş verdiyini açıqlayıb. Bu tarixdə yalnız bir neçə dəfə qeydə alınmış tibbi anatomiyadır.

Körpənin kəllə sümüyü böyük və motorikasında problem olduğu üçün xəstəxanaya aparılıb.

Motorika iməkləmə, ayaqda durma, yerimə, qaçma, yellənmə, fırlanma, yuvarlanma, tullanma və tarazlıq kimi hərəkətləri təmin edir.

Körpənin kəllə sümüyünü müxtəlif görüntüləmə üsulları ilə araşdıran tədqiqatçılar onun beyninin sıxıldığını və maye yığıldığını aşkar ediblər.

Sonrakı araşdırma nəticəsində məlum olub ki, əslində körpə ana bətnində olarkən əkiz bacısı olub. Lakin ikinci körpə kifayət qədər inkişaf etməmiş və bacının kəllə sümüyünün içində sıxılmış vəziyyətdə qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.