Dünya

Ukraynada təhlükəli tendensiya - Danilov açıqladı

10 Mart 2023 12:58
Baxış: 873
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynada Rusiya ilə müharibənin hazırkı mərhələsində sülh danışıqları aparılmasının tərəfdarları çoxalır, bu, olduqca təhlükəli tendensiyadır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

Onun sözlərinə görə, dünənki kütləvi raket hücumunun məqsədlərindən biri Ukraynanı sülh danışıqlarına başlamağa inandırmaq cəhdi olub:

"Lvovdan bir şəxsi dinlədim. O, sülh danışıqları tərəfdarı olduğunu, razılaşmaq gərəkdiyini söyləyirdi. Belə insanlar daha da çoxalır. Hətta Qərbi Ukraynadan olan insanlar da bu barədə danışırsa, deməli, bu, çox təhlükəli tendensiyadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.