Dünya

Ukraynada indiyədək nə qədər dinc sakin həlak olub?

7 Mart 2023 08:04
Baxış: 1 203
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 21 min 793 mülki şəxs zərər çəkib ki, onlardan da 8 min 173-ü həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb.

Bildirilib ki, 8 000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın təcavüzü nəticəsində 13 min 620 nəfərin də yaralandığını qeydə alıb.

Ali Komissarlıq vurğulayıb ki, gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat axını ləngidiyindən ölənlərin gerçək sayını hələ tam dəqiqləşdirmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.