Dünya

Çin koronavirusla bağlı iddiaya reaksiya verdi

4 Mart 2023 23:15
Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən mətbuat konfransında çıxış edib.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, o, virusun mənşəyinin araşdırılması ilə bağlı siyasi manipulyasiyaya Çinin qarşı olduğunu bildirib.
Mao, virusun mənşəyi ilə bağlı araşdırmaların elm adamları tərəfindən aparılmasının lazım olduğunu qeyd edib:

"Elmi bir məsələnin araşdırılması vəzifəsinin kəşfiyyat təşkilatlarına həvalə edilməsi məsələnin siyasiləşdirildiyini açıq şəkildə göstərir. ABŞ kəşfiyyat orqanlarının keçmişdə uydurduğu hekayələri nəzərə alsaq, onların nəticələrinin heç bir etibarlılığı yoxdur".

Sözçü, ABŞ-ı elmə və faktlara hörmət etməyə, kəşfiyyat orqanlarının təşəbbüsü ilə mənşə araşdırmalarına son qoymağa çağırıb:

"ABŞ laboratoriya sızması kimi nəzəriyyələri təkrarlayaraq Çini ləkələyə bilməyəcək, yalnız öz nüfuzuna xələl gətirəcək".

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrayn Covid-19 virusunun Çindəki bir laboratoriyadan çıxdığını irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.