Dünya

Estoniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

26 Fevral 2023 22:50
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniya Ukraynaya yeni hərbi yardım paketi verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Estoniyanın müdafiə naziri Hanno Pevkur Kiyevdə ukraynalı həmkarı Aleksey Reznikovla görüşündə hərbi yardım paketini açıqlayıb.

Paketə pulemyotlar, tapançalar, pilotsuz uçuş aparatları, termal kameralar, generatorlar və enerji doldurucuları daxildir.

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Estoniya Kiyevə təxminən 400 milyon avro hərbi yardım göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.