Dünya

Artıq proses başlayıb, Rusiya parçalanır – ŞOK İDDİA

26 Fevral 2023 22:44
Baxış: 2 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Artıq Rusiya Federasiyasının parçalanması başlayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Proqnozlarımız və analitik qənaətlərimiz belə nəticəyə gəlir ki, Rusiyanın parçalanması artıq başlanmış bir prosesdir. Amma Qərb bununla razılaşmaq istəmir", - Ukrayna rəsmisi bildirib.

Danilovun fikrincə, Qərbin bu mövqeyi yanlışdır və Rusiyanın parçalanmasına hazırlaşmağa çağırıb.

O, fikrini belə izah edib ki, sahib olduğu nüvə silahları hər an Rusiyada hərbi qruplaşmalardan birinin nəzarətinə keçə bilər.

"Rusiya parçalanmayana, bu dəli qonşu məhv olmayana qədər heç bir müharibə dayana bilməz", - Danilov söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.