Dünya

Türkiyədə zəlzələdən zərər çəkənləri daşıyan avtobus qəzaya uğradı: Ölən və yaralananlar var

23 Fevral 2023 23:36
Baxış: 2 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə zəlzələdən zərər çəkənləri daşıyan avtobus qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə D-400 magistralında, Müminli məhəlləsi yaxınlığında baş verib.

Avtobus Hatayın İskenderun və Antakya rayonlarında universitetə ​​hazırlaşan zəlzələdən zərər çəkmiş abituriyentləri Konya Universitetinin yataqxanasına aparıb.

Nəqliyyat vasitəsinin kömürlə dolu yük maşınına çırpıldığı bildirilib.

Aralarında 2-si sürücü və 2-si müəllim olmaqla 48 nəfərin olduğu avtobus qəzasında bir müəllim və bir şagird həyatını itirib. Yaralanan 6 nəfər isə Adanada xəstəxanalara aparılıb. Müalicə olunan yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.