Dünya

Almaniya İran səfirliyinin iki əməkdaşını ölkədən qovdu

22 Fevral 2023 16:11
Baxış: 781

Almaniyanın Xarici İşlər Nazirliyi İranın Berlindəki səfirliyinin iki əməkdaşını "arzuolunmaz şəxs" elan edib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə məlumatı "Iran International" portalı yayıb.

Məlumata görə, sözügedən diplomatlardan ölkəni tərk etmək tələb olunub.

Buna səbəb olaraq isə, Tehranda İran-alman əsilli jurnalist Cəmşid Şahmahd barəsində ölüm hökmünün çıxarılması olub.

Milli.Az 

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics