Dünya

Bu ölkədə dövlətə xəyanətə görə ölüm cəzası hökmü QÜVVƏYƏ MİNDİ

21 Fevral 2023 22:40
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası hökmü veriləcək.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları "Cinayət məsuliyyəti haqqında məcəllələrdə dəyişikliklər edilməsi haqqında" qanun layihəsini ikinci, yekun oxunuşda qəbul ediblər.

"2022-ci il dekabrın 7-də deputatlar tərəfindən birinci oxunuşda qəbul edilən sənəd Respublika Şurası tərəfindən təsdiq edildikdən sonra imzalaması üçün ölkə prezidentinə gedəcək", - deyə məlumatda əlavə edilib.

Qanun layihəsində Cinayət Məcəlləsinin "Dövlətə xəyanət" maddəsinə ölüm cəzasının tətbiqi imkanını nəzərdə tutan dəyişikliklər dövlət vəzifəsini tutan vəzifəli şəxs, yaxud silahlı qüvvələrin üzvü statusunun aid olduğu şəxs tərəfindən dövlətə xəyanətə görə nəzərdə tutulur.

Nümayəndələr Palatasının mətbuat xidmətindən bildirilib ki, qanunvericiliyə dəyişiklik "dağıdıcı ünsürlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə nümayiş etdirmək məqsədilə" edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.