Dünya

Avropanın ən yaşlı ağacı qırıldı - FOTO

21 Fevral 2023 15:10
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin Dalarna əyalətində bitən Qoca Tikko küknarının adı dünyanın bir çox təbiətsevərlərinə yaxşı tanışdır. Onun kök sisteminin təxminən 10 min il yaşı var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu qış İsveçdə yağan güclü qar və küləklər nəticəsində ağac qırılıb və hazırda hündürlüyü dörd metrə qədər azalıb. Bunu milli park bələdçisi Tommi Lönnebake aşkar edib.

Bununla belə, bu hadisə Qoca Tikko üçün ölümcül nəticələrə səbəb olmayacaq. Elm adamları əmin edirlər ki. ağac tamamilə qırılsa belə, kök sistemi zədələnməyənə qədər yenidən böyüyə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.