Dünya

Rusiya nüvə qüvvələri döyüş hazırlığına keçdi

19 Fevral 2023 21:48
Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ABŞ Prezidenti Co Baydenin fevralın 20-22-nə planlaşdırılan Avropa səfəri ərəfəsində genişmiqyaslı nüvə təlimlərinə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Rusiya özünün "Monolit" mərkəzlədirilmiş döyüş idarəetmə sisteminin nümunəvi sınağını təşkil edib:

"Xüsusilə, Strateji Nüvə Qüvvələrinin sistemi ən yüksək döyüş hazırlığına keçirilib. Rusiya Silahlı Qüvvələri də dəniz və quru ballistik raketlərinin, eləcə də havadan buraxılan qanadlı raketlərin buraxılması üçün strateji nüvə qüvvələrinin komponentlərini hazırlamağa başlayıb.

Strateji raket sualtı qayığının ekipajı döyüş hazırlığı və buraxılış zonasına mümkün çıxış barədə məlumatlandırılıb. Həmçinin Tambov aviabazasında uzaqmənzilli aviasiya komandanlığının köməkçi komanda məntəqəsi yerləşdirilib".

Qeyd olunur ki, Rusiya Ukraynanın tərəfdaşlarına təzyiq etmək üçün belə nüvə şantajı həyata keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.