Dünya

İsraildə terrorçular vətəndaşlıqdan çıxarılacaq və ölkədən qovulacaqlar

15 Fevral 2023 22:17
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail parlamenti (Knesset) terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu tviter səhifəsində məlumat verib.

"Knessetdə koalisiya sədri Ofir Katsın terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası ilə bağlı qanun layihəsini təsdiqlədik", - o yazıb.

Qanunda, o cümlədən qeyd olunur ki, ölkənin daxili işlər naziri Fələstin administrasiyasından maliyyə vəsaiti almış, məhkum edilmiş terrorçuların vətəndaşlıq və ya yaşayış icazəsini ləğv edərək onları administrasiyanın ərazisinə və ya Qəzza zolağına deportasiya edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.