ABŞ "Şimal axını" qaz nəqli xəttini partlatmaqla öz ayağına atəş açdı.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş deyib.
"Bəli, ayağımıza atəş açdıq. Bu, ağlasığmaz axmaqlıqdır. Cinayətdir. Düşünürəm ki, Ağ Evdə şübhəsiz ki, gözəl axmaqlıq hökm sürür", - deyə o bildirib.
S.Herş əlavə edib ki, Rusiya qazı olmadan qalan avropalılar bərpa olunan enerji mənbələri axtarmağa məcburdur və bu, Çinin xüsusilə uğurlu olduğu bir sahədir.
Milli.Az