Ağlasığmaz axmaqlıqdır: ABŞ öz ayağına atəş açdı

14 Fevral 2023 10:57

ABŞ "Şimal axını" qaz nəqli xəttini partlatmaqla öz ayağına atəş açdı.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş deyib.

"Bəli, ayağımıza atəş açdıq. Bu, ağlasığmaz axmaqlıqdır. Cinayətdir. Düşünürəm ki, Ağ Evdə şübhəsiz ki, gözəl axmaqlıq hökm sürür", - deyə o bildirib.

S.Herş əlavə edib ki, Rusiya qazı olmadan qalan avropalılar bərpa olunan enerji mənbələri axtarmağa məcburdur və bu, Çinin xüsusilə uğurlu olduğu bir sahədir.

Milli.Az