Dünya

Avtobus sürücüsü pul verməyən sərnişinləri GÜLLƏLƏDİ

13 Fevral 2023 22:40
Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada münaqişə zamanı avtobus sürücüsü iki sərnişinə travmatik tapançadan atəş açıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Sankt-Peterburq vilayətinin Qatçıno rayonunun Siverski şəhərində baş verib. İki sərnişin və bir avtobus sürücüsü gediş haqqı üstündə mübahisə edib. Bu zaman onlar əlbəyaxa olublar. Daha sonra avtobus sürücüsü özünə məxsus travmatik tapançadan sərnişinlərə bir neçə dəfə atəş açıb.

Hücum edənlərin tapançanı ələ keçirərək sürücüyə atəş açmağa müvəffəq olduğu qeyd edilir. Bundan sonra onlar "QAZ 3110" markalı sedanla qaçıblar. Milli Qvardiyanın əməkdaşları hücum edənlərin qaçdığı avtomobili aşkar ediblər. Daha sonra şübhəlilər həbs edilib. Üzündən və ayağından yaralanan avtobus sürücüsü və hadisəni törədənlər xəstəxanaya aparılıb. 

Yaralı sərnişinlər ilkin tibbi yardım göstərildikdən sonra polis bölməsinə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.