Dünya

"Corc Buş" Türkiyəyə yardım üçün gəlir

11 Fevral 2023 08:34
Baxış: 957
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım üçün "Corc Buş" təyyarədaşıyan gəmisini və onu müşayiət edən gəmilərini Aralıq dənizinin şərqinə göndərir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat verib.

"ABŞ Avropa Komandanlığı Türkiyə hökumətinə və axtarış-xilasetmə əməliyyatlarına kömək etmək üçün şəxsi heyət, avadanlıq və müxtəlif vasitələr göndərib. Onların arasında Aralıq dənizinin şərq hissəsinə yerləşdirilən "Corc Buş" təyyarədaşıyan gəmisi də var", - Rayder vurğulayıb.

Onun sözlərinə görə, təyyarədaşıyan xilasedicilərə maddi-texniki dəstək, tibbi yardım göstərəcək və ehtiyac yarandıqda öz helikopterləri ilə təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.