Dünya

"Uşaqlar döyüşə göndərilir..."

8 Fevral 2023 22:49
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada o qədər ümidlər itirilib ki, artıq uşaqları da Silahlı Qüvvələrə cəlb edirlər. Buna baxmayaraq ABŞ Kiyev rejiminin sonunun çatdığını etiraf etməyəcək.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu "Judging Freedom" YouTube kanalına müsahibəsində Pentaqon rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

Onun sözlərinə görə, çoxlu sayda ukraynalı var ki, ölkədəki real səfərbərlik vəziyyətinin necə olduğunu sübut edən paylaşımlar yayırlar. Ukrayna Silahlı Qüvvələrinin 15-16 yaşlı əsgərlərinin xeyli fotolarına rast gəlmək olar və bu prosesin baş verməsinə artıq şübhə qalmayıb.

O qeyd edib ki, Ukrayna hakimiyyəti cəbhəyə getmək halında olmayan vətəndaşları da səfərbər edir. Onlar əsasən qocaları və ya uşaqlardan ibarətdir. "Bu rejim, əslində, sona çatmaq üzrədir", - polkovnik vurğulayıb.

Eyni zamanda, keçmiş Pentaqon rəsmisi hesab edir ki, heç bir amerikalı siyasətçi Ukrayna rejiminin dağılması faktını etiraf etmir. Bu mövzu uğurla ört-basdır edilib. Polkovnik onu da əlavə edib ki, cəmi bir il ərzində ABŞ Ukraynada proksi müharibədə məğlub olub və hazırda Rusiya ilə potensial münaqişə astanasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.