Dünya

DHA agentliyinin müxbiri ailəsi ilə birgə zəlzələ nəticəsində həlak olub

8 Fevral 2023 08:46
Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "DHA" xəbər agentlyinin Hataydakı müxbiri İzzət Nazlı ailəsi ilə birgə zəlzələ nəticəsində həlak olub.

Trend "DHA"ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində İ.Nazlı, onun həyat yoldaşı və 2 uşağının yaşadığı bina çöküb, onlar dağıntılar altında qalıblar.

Məlumata əsasən, zəlzələdən 35 saat sonra onların cəsədləri aşkar edilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.