Dünya

Yaponiyada dinozavr yumurtalarının qalıqları aşkar edilib

7 Fevral 2023 19:31
Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Kumamoto prefekturasının Mifune kəndində təxminən 20 il əvvəl tapılan daşlaşmış qalıqların dinozavr yumurtaları olduğu aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tapıntıların Yaponiyada təbaşir dövrünün sonlarına aid olduğu bildirilib. Yumurtaların hansı dinozavrlara məxsus olduğu məlum deyil.

Məlumata görə, qalıqlardan birinin 27 millimetr uzunluğunda, 10 millimetr enində və 1,7 millimetr qalınlığında olduğunu deyilir. Digəri isə 25 millimetr uzunluğunda, 15 millimetr enində və 2 millimetr qalınlığındadır.

Onlardan biri 2001-ci, digəri isə 2003-cü ildə Mifunedəki Amajimi bəndinin aşağı axınında təxminən 90 milyon il yaşı olan təbəqədə qazıntılar zamanı aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.