Dünya

Zəlzələ ilə əlaqədar Türkiyənin bəzi bölgələrində təbii qaz verilişi dayandırılıb

6 Fevral 2023 10:04
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələdən sonra Hatay şəhər mərkəzi ilə Kıraxan rayonunda, Kahramanmaraş vilayət mərkəzi ilə Pazarcık və Narlı rayonlarında təhlükəsizlik məqsədilə təbii qaz verilişi dayandırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti tərəfindən edilən açıqlamada, zəlzələdən sonra lazımi təhlükəsizlik tədbirləri görülüb.

Zəlzələ üzrə mütəxəssislər bildirib ki, 17 avqust 1999-cu ildə baş verən zəlzələyə bənzər vəziyyət yaşanır. Afterşokların bir ay boyunca yaşanacağı bildirlib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfər ölüb, 500-ə nəfərə yaxın insan yaralanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.