Dünya

İstanbulda İŞİD ilə bağlı xüsusi əməliyyat keçirilib

5 Fevral 2023 09:46
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda keçirilən əməliyyat zamanı bəzi baş konsulluqlara və xristian və yəhudi vətəndaşların ibadət yerlərinə qarşı təxribatlarla bağlı İŞİD terror təşkilatından sifariş almaqda şübhəli bilinən 15 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları İŞİD terror təşkilatının fəaliyyətinin deşifrə edilməsi və şübhəlilərin saxlanılması üçün fəaliyyətə başlayıb.

Müəyyən edilib ki, şübhəlilər İŞİD terror təşkilatı ilə əlaqəli olub, onlar münaqişə bölgələrinə gəliblər. Lakin onlar tərəfindən baş konsulluqlara və xristian və yəhudi vətəndaşlarının ibadət yerlərinə qarşı konkret təhdidlər aşkar edilməyib.

Polis əməliyyatları tamamlandıqdan sonra 15 şübhəli şəxs saxlanılaraq məhkəmə binasına aparılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.