Dünya

Moskva Abdullahianın səfərinə hazırlaşır

3 Fevral 2023 21:31
Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfər tarixi hazırlanır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

"Səfər gözlənilir. Tarix hələ müəyyən edilməyib. Ona görə də heç nə deyə bilmərəm. Səfər təxirə salınıb, ləğv olunmayıb", - Kabulov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Qeyd edək ki, İran XİN rəhbərinin yanvarın 17-nə planlaşdırılan Moskva səfəri təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.