Dünya

Ana vəhşiliyi: 6 yaşlı qızını boş əraziyə aparıb boğdu - Anbaan VİDEO

3 Fevral 2023 15:40
Baxış: 2 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Qaziantep şəhərində xarici əsilli Nuhna Cemmel 6 yaşlı qızı Aya Necimi boş ərazidə boğaraq öldürüb.

Milli.Az big.az-a istinadən bildirir ki, qatil ananın qızını həmin əraziyə apardığı anlar təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Uşağın cansız bədəni yanvarın 30-da, səhər saatlarında aşkarlanıb. Onun yerdə yatıb qaldığını düşünən insanlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Artıq öldüyü bildirilən qızın kimliyi araşdırıldıqdan sonra anası Nuhna Cemmel saxlanılıb.

Görüntü sosial şəbəkələrdə hiddət və böyük kədərlə qarşılanıb. İnsanlar ananın qəddarlığına təəccüblənib, məsum uşağın ona güvənərək əlindən tutub getdiyinə kövrəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.