Dünya

Türkiyədə bir gündə ikinci avtobus qəzası: 12 turist yaralanıb - FOTO

28 Yanvar 2023 20:27
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Niğde vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində ən azı 12 xarici turist xəsarət alıb.

Məlumata görə, avtobus İstanbuldan turistlərin məşhur məkanı olan Kapadokyaya gedirmiş və yolun müəyyən bir hissəsində aşıb. İnsident nəticəsində sürücü və bələdçi də daxil olmaqla 14 nəfər xəsarət alıb.

Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir. Polis qəzanın səbəblərini araşdırır.

Xatırladaq ki, şənbə günü Türkiyədə, bu dəfə cənub-şərqdəki Hatay vilayətindən Kayseri şəhərinə səyahət edən yerli turistlərlə dolu daha bir avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində bir nəfər ölüb, 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.