Dünya

Səudiyyə Ərəbistanı Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

27 Yanvar 2023 18:18
Baxış: 509

Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayır ki, Krallıq Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu bildirir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa çağırır və günahkarların cəzalandırılmasını tələb edir.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics