Dünya

Küveyt hökumətinin istefası qəbul edildi

26 Yanvar 2023 22:49
Baxış: 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küveytdə parlamentlə davam edən böhran səbəbindən yanvarın 23-də istefa verən hökumətin qərarı qəbul edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Küveytin vəliəhd şahzadəsi Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah fərman verib.

Fərmanda istefası qəbul edilən hökumətin müvəqqəti hökumət kimi fəaliyyətini davam etdirəcəyi qeyd edilib.

Bildirilib ki, fərman dərc edildiyi gündən qüvvəyə minib.

Qeyd edək ki, ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında böhran yanvarın 10-dan başlayıb. Hökumət üzvləri "Vətəndaşların kredit borcunun azaldılması haqqında" qanun layihəsini rədd edərək, Məclisin iclasından çıxıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.