Dünya

Ukrayna bu tarixdə Krıma hücuma keçəcək - General

25 Yanvar 2023 23:52
Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zelenski Qərb tanklarının köməyi ilə Krıma hücum edəcək.

Milli.Az xəbər verir ki, bunu Ukrayna ordusunun generalı Nikolay Malomuj deyib.

O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ağır texnikanın çatdırılmasına başlandıqdan 2 ay sonra Krıma hücum etmək üçün Qərb tanklarından istifadə edəcək.

"Bu, tanklarla Donetsk istiqamətində və bütün cənub dəhlizi, o cümlədən Krım boyunca hücuma keçməyə imkan verəcək", - Malomuj bildirib.

O əlavə edib ki, Krıma hücumun vaxtı Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlığının sürətindən asılıdır. Ukrayna ordusunun generalı hesab edir ki, bu, 2 ay çəkəcək. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.