Dünya

"Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır" - ABŞ institutu

24 Yanvar 2023 10:44
Baxış: 1 352
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağa göndərdiyi rusiyalı oliqarxdır, lakin Qərbdə çoxları ona qərbyönlü erməni vətənpərvər kimi yanaşır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-ın Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran tviterdə yazıb.

O, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılan R.Vardanyanı tənqid edib.

Xatırladaq ki, R.Vardanyan 2022-ci il noyabrın 4-də Qarabağdakı erməni separatçıların "dövlət naziri" (baş nazir) təyin olunub.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.