Dünya

Fransada etiraz aksiyaları keçirilir - VİDEO

21 Yanvar 2023 16:01
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kütləvi etiraz təklif olunan pensiya islahatları ilə bağlıdır.

Fransanın Lion, Bordo, Marsel və Tuluza şəhərlərində qatar maşinistləri, ictimai sektor işçiləri və neft emalı zavodunun işçiləri də aksiyalara qoşulub.

Parisdə keçirilən aksiyalar zamanı isə polis və etirazçılar arasında toqquşmalar yaşanıb, onlarla etirazçı həbs olunub.

Xatırladaq ki, Fransada təqaüd yaşının artırılması planlarına qarşı ümummilli tətillər fonunda yanvarın 19-da 1 milyondan çox insan Paris və Fransanın digər şəhərlərində küçələrdə etiraz aksiyası keçirib.

Fransa Həmkarlar İttifaqları yanvar ayı ərzində yeni tətillər və etirazların davam edəcəyini elan edib. Onlar yanvarın 31-də daha bir böyük aksiyanın keçiriləcəyini bəyan ediblər.

Etiraz tətilləri ictimai nəqliyyatın fəaliyyətini ciddi şəkildə dayandırıb və bir çox məktəblər bağlanıb.

Fransada etirazçılara qarşı polis zorakılığını əks etdirən görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.