Dünya

İranın İrəvan səfiri 20 Yanvar günü də bunu dedi...

20 Yanvar 2023 23:38
Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran bütün qonşu ölkələrlə hər sahədə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zühuri deyib.

"Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Biz Ermənistanla münasibətlərimizi məhz bunun əsasında qururuq. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir", - səfir bildirib.

Səfirin sözlərinə görə, İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməkdən ibarət olub:

"Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək".

İranlı diplomat, həmçinin bildirib ki, Tehran və İrəvan arasında yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı müxtəlif istiqamətlərdə işlər aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.