Dünya

İranda İŞİD-ə bağlı 2 terrorçu dəstə məhv edilib

20 Yanvar 2023 15:51
Baxış: 774
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın Sistan və Bəlucistan əyalətində İŞİD-ə bağlı 2 terrorçu dəstə məhv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyinin Sistan və Bəlucistan əyaləti üzrə Kəşfiyyat Baş İdarəsi məlumat verib.

Bildirilib ki, terror qruplaşmasının məqsədlərindən biri də Çabaharda əcnəbiləri və iş adamlarını girov götürmək olub. Aralarında Əfqanıstan və Tacikistan vətəndaşlarının da olduğu qrupların üzvlərinin etirafları göstərir ki, onların ölkənin cənub-şərqində təhlükəsizliyi pozmaq üçün geniş planları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.