Dünya

Ermənistan ordusunun 2-ci korpusunun komandiri işdən çıxarılır

19 Yanvar 2023 09:44
Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan tutduğu vəzifədən uzaqlaşdırılacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatı yazıb.

Lakin bunun səbəbi açıqlanmayıb. Müdafiə Nazirliyi korpus komandirinin işdən çıxarılacağı barədə məlumatı şərh etməyib.

Qeyd edək ki, ötən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi həlak olub.

V.Qriqoryanın işdən çıxarılacağı barədə məlumatın bu hadisə ilə bağlı olub-olmadığı da məlum deyil.

Xatırladaq ki, V. Qriqoryan 2021-ci ildə 2-ci Ordu Korpusunun komandiri təyin olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.