Çində 1961-ci ildən bu yana ilk dəfə əhalinin sayında azalma qeydə alınıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2022-ci ildə Çində əhalinin sayı 850 min nəfər azalıb.
Bununla da, ölkə əhalisinin sayı 1 milyard 411 milyon 750 min nəfər təşkil edib.
Bildirilir ki, sonuncu dəfə bu göstərici 1961-ci ildə Çində kütləvi aclıq müşahidə edildikdə enib.
Qeyd olunur ki, 2022-ci il ərzində Çində 9,56 milyon insan doğulub, 10,41 milyon insan isə dünyasını dəyişib.
Milli.Az