Qərb rəsmiləri Ukraynanın irimiqyaslı tank və digər zirehli texnikalar çatdırılmadan Rusiyanın ələ keçirdiyi əraziləri azad edə biləcəyinə inanmır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın "Quardian" nəşri yazıb.
Nəşrin həmsöhbətlərinin fikrincə, hazırda Rusiya və Ukrayna qüvvələri təxminən bərabərdir və bu isə ukraynalılara böyük hücuma keçməyə imkan vermir:
"Ukraynalılar ötən illə müqayisədə güc balansında dəyişiklik etmədən əhəmiyyətli əraziləri geri ala bilməyəcəklər. Ruslar və ukraynalılar arasında güc balansı çox incə balanslaşdırılıb".
Həmsöhbətlərin fikrincə, ən real variant Ukraynanı təxminən 2 min ədəd alman "Leopard"ları ilə təmin etməkdir.
Milli.Az