Dünya

Ukrayna Ordusu Kiyev vilayətinin şimalını minalayır

11 Yanvar 2023 07:28
Baxış: 864
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Silahlı Qüvvələrinin mühəndis və istehkamçı hissələri yolları, meşə zolaqlarını, elektrik xətlərini və tankların hərəkət edə biləcəyi digər yerləri minalayır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları komandanının müavini Oleksandr Pavlyuk teleqramda yazıb.

Onun sözlərinə görə, rusiyalıların yenidən Kiyevə hücuma cəhd edəcəyi halda maneələr yaradılır.

Qeyd edək ki, fevralın 25-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinə hücumu aprelin 2-də ağır məğlubiyyəti və geri çəkilməsi ilə başa çatıb. Hazırda vilayət Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.