Dünya

Çindən gələnlər üçün məcburi test

7 Yanvar 2023 08:53
Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika Avropa Komissiyasının tövsiyəsi əsasında Çindən Avropaya gələn insanlar vasitəsilə koronavirusun yayılmasının qarşısını almaq üçün əlavə sanitar, gigiyenik və təşkilati tədbirlər görəcək ölkələrə qoşulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Belçikanın səhiyyə naziri Frank Vandenbrok Çindən gələn sərnişinlər üçün qoruyucu maskalardan istifadəni və təyyarələrin tullantı sularının koronavirus ştamları üçün sınaqdan keçirilməsini tövsiyə edən qərarı təqdir edib.

Sabah Belçika hava limanlarında Çindən birbaşa uçan təyyarələrin çirkab sularının sınaqdan keçirilməsinə başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.