Dünya

Rusiyada araq satışı kəskin artdı

4 Yanvar 2023 20:02
Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada 2022-ci ilin yanvar-noyabr aylarında araq satışı ötən ilin analoji dövrü ilə müqayisədə 6% artıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "İzvestiya" yazıb.

Məlumata görə, bu ilin 11 ayı ərzində Rusiyada 68.8 milyon dekalitr araq satılıb. Ötən il bu rəqəm 64.9 milyon dekalitr idi.

Federal və Regional Alkoqol Bazarlarını Araşdırma Mərkəzinin rəhbəri Vadim Drobizin sözlərinə görə, 11 ayda 6% əhəmiyyətli artımdır, adətən bu spirtli içkinin satışı o qədər də dinamik şəkildə artmır.

Drobiz artıma təsir edən amillər arasında Avropaya uçuşların məhdudlaşdırılmasını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.