İranın Cavanrud şəhərində hökumət qüvvələri vətəndaşların evinə hücum edərək onları həbs ediblər.
Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə sosial şəbəkələrdə video və məlumat paylaşılıb.
Məlumatda qeyd olunur ki, yanvarın 3-də səhər saat 3-də 50-dən çox avtomobillə Cavanrud məhəllələrinə hücum edən repressiv qüvvələr 30-dan çox gənci həbs ediblər. Bu həbslər etirazlar zamanı hökumət tərəfindən öldürülənlərin 40 mərasimindəki aksiyalardan sonra həyata keçirilib.
Milli.Az