İranda hökumət qüvvələri vətəndaşların evinə hücum edərək onları həbs ediblər

4 Yanvar 2023 07:21

İranın Cavanrud şəhərində hökumət qüvvələri vətəndaşların evinə hücum edərək onları həbs ediblər. 

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə sosial şəbəkələrdə video və məlumat paylaşılıb. 

Məlumatda qeyd olunur ki, yanvarın 3-də səhər saat 3-də 50-dən çox avtomobillə Cavanrud məhəllələrinə hücum edən repressiv qüvvələr 30-dan çox gənci həbs ediblər. Bu həbslər etirazlar zamanı hökumət tərəfindən öldürülənlərin 40 mərasimindəki aksiyalardan sonra həyata keçirilib.

Milli.Az