Dünya

Meladze bu sözünə görə titullardan məhrum edilə bilər

2 Yanvar 2023 23:37
Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Valeri Meladzeni bütün titullarından məhrum edilməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov deyib.

"Əsl rus sənətçisi özünü belə apara bilməz. O, hər iki stulda oturub, hər tərəfdən götürməyə çalışır. Artıq qərar vermək vaxtıdır. Baxmayaraq ki, davranışına görə bu "sənətkar" öz tərəfini seçdi. Meladzeni bütün titullarından məhrum etməyi təklif edirəm. Bu, ədalətli olacaq", - Mironov bildirib.

Deputat qeyd edib ki, xaricdə keçirilən konsertdə müğənni Valeri Meladze Ukraynanın millətçi şüarını dəstəkləyib.

"Sonra isə əlavə etdi ki, "siyasətdən kənar"dır. Amma ölkədən kənarda qonaqlıqlar keçirmək, hətta kriminal şüarları dəstəkləmək - bu, "siyasətdən kənar" olmaqdır?" - deyə deputat soruşub.

Qeyd edək ki, V.Meladze Dubaydakı konsertində "Slava Ukraini" (Ukraynaya eşq olsun) şüarını səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.