Dünya

Xorvatiya Şengen vizasına qoşulub

1 Yanvar 2023 14:13
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiya yanvarın 1-dən Şengen Viza Sazişinin üzvü olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında yerləşdirilən məlumatda deyilir.

Xorvatiya ilə Şengen zonasının digər ölkələri arasında sərhəd-keçid məntəqələrində yoxlamalar, martın 26-dan isə daxili hava sərhədlərində yoxlamalar ləğv ediləcək.

Bundan əlavə, Xorvatiya Şengen vizası vermək və Şengen informasiya sistemindən istifadə etmək hüququ əldə edib.

Xatırladaq ki, dekabrın 8-də Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Aİ Şurasının ölkənin yanvarın 1-dən Şengen zonasına daxil olması ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.